ŞOK: Azərbaycanlı müğənni qadın alveri ilə məşğuldur - FOTOLAR

ŞOK: Azərbaycanlı müğənni qadın alveri ilə məşğuldur   - FOTOLAR

28-01-2014 15:06 / Bu xəbər 3579 dəfə oxundu

“Bu, sadəcə dəhşətdir”.

Əksəriyyətin “Lider” telekanalında yayımlanan “Ekstra hiss” yarışmasından tanıdığı ekstrasens-baxıcı Lamiyə Publika.az-a müsahibə verib.

Arqument.Az həmin müsahibəni ixtisarla təqdim edir:

 - Yanınıza sənət adamları gəlir?

- Əlbəttə ki. O qədər...

- Ən çox nə ilə bağlı müraciət edirlər?

- Gəlib deyirlər ki, mən irəli getmək, tanınmaq istəyirəm.

 - Kömək edə bilirsiniz?

- Kömək etmişəm.

 - Məsələn, kimə kömək etmisiniz?

- Ad çəkə bilmərəm. Ad çəksəm, heç kim yanıma gəlməyəcək.

 - Qadınlar daha çox gəlir, yoxsa kişilər?

- Qadın müğənnilər daha çox gəlirlər.

- Şou aləmi ilə bağlı bir sual verəcəyəm. Ad çəkməsəniz də olar. Elə bir insan varmı ki, çox pis işlərlə məşğuldur, amma camaat onu çox yaxşı insan kimi tanıyır? Hətta insanlar bilsələr, ona nifrət edərlər...

- Bəli var, amma bunlar elə şeylərdir ki, deyə bilmərəm.

- Bildiklərinizdən ən dəhşətlisi nədir?

- Məsələn, bu dəqiqə məşhurlardan biri qadın alveri ilə məşğul olur. Özü də ki, yaşlı nəslin nümayəndəsidir. Bu, sadəcə dəhşətdir.

- Müğənnidir?

- Əlbəttə... Belələrinin arasında yaşlısı da var, cavanı da. Ekstrasenslərin içərisində də bir nəfər beləsi var. Kişidir. Bu sözü deməyə də qorxmuram, özünə də demişəm.

- Kişi müğənnilərdən də beləsi var?

- Bəli, kişilərdən də qadın alveri ilə məşğul olanı var.

 - O da müğənnidir?

- Aktyoru da var, müğənnisi də, televiziya işçisi də.

Arqument.Az