ÜST: Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötdü

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötdü

01-04-2020 01:18 / Bu xəbər 1123 dəfə oxundu

Dünyada koronavirusdan ölənlərin sayı 36 min nəfəri ötüb.

"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, koronavirusun aşkarlandığı ilk gündən indiyə kimi dünyada 36 405 nəfər ölüb. 

Son gün ərzində COVID-19 infeksiyasına 57 610 nəfər yoluxub, 3 301 nəfər ölüb. 

Dünyada koronavirusa yoluxanların sayı 750 890 nəfərə çatıb. 

Təşkilat bilddirib ki, hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb - 423 946 yoluxma (56,4 faiz). 

Son sutka ərzində köhnə qitədə virusa yoluxan xəstələrin sayı 31 131 nəfər artıb. 

Afrika virusun ən az yayıldığı regiondur. Son sutka ərzində bu qitədə koronavirusa 300 yoluxma qeydə alınıb. 

Qitədə COVD-19 infeksiyasına yoluxanların sayı 3 786 (0,5 faiz) nəfərdir. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.