ÜST xəbərdarlıq etdi: Koronavirus bitməmiş yeni epidemiya başladı

ÜST xəbərdarlıq etdi: Koronavirus bitməmiş yeni epidemiya başladı

02-06-2020 12:35 / Bu xəbər 1911 dəfə oxundu

Konqo Demokratik Respublikasının qərbində Ebola hemorragik qızdırması yenidən yayılmağa başlayıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Məlumata görə, Konqoda Ebolaya yoluxmuş altı nəfərdən dördü artıq həyatını itirib. 

ÜST yeni epidemiya ilə mübarizə üçün hadisə yerinə nümayəndələrini göndərib.

Qebreyesus vurğulayıb ki, Ebolanın yenidən yayılması koronavirus infeksiyasının insanların üzləşdiyi tək problem olmadığını xatırladır.(oxu.az)