Stefan Şennak prezidentliyə namizədlərdən birinin qadın olduğunu yazır

Stefan Şennak prezidentliyə namizədlərdən birinin qadın olduğunu yazır

11-04-2018 15:26 / Bu xəbər 797 dəfə oxundu

Ərəstun Oruclu: ''Bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır''

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz "Twitter” bloqunda Azərbaycanda seçkini müşahidə etdiyini yazıb. 

O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Hazırda xaricdə yaşayan politoloq Ərəstun Oruclu isə ona "bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır”, – yazıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə səkkiz namizəd iştirak edir: Azərbaycan Sosial Demokrat Partiyasından namizədliyini verən Araz Əlizadədir. Digər namizədlər Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Orucdur (deputat).

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.