Sumqayıt müsavatçıları polisə çağırılır

Sumqayıt müsavatçıları polisə çağırılır

03-05-2019 18:02 / Bu xəbər 1207 dəfə oxundu

Sumqayıt müsavatçıları polisə çağırılıb.

Bu barədə Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdlü məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün, aprelin 2-də Sumqayıt müsavatçılarından bir neçəsini polis bölməsinə çağırıblar: "Kiminin ailə tərkibini soruşublar, kiminə "profilaktik tədbir üçün çağırmışıq"  deyiblər. Bəzilərinə də "sosial şəbəkədə müxalifətçi kimi qeyd olunmusuz, ona görə çağırmışı" deyiblər".

Aprelin 3-də də polis bölməsinə çağırılanlar olub.

Partiya üzvü Fuad Rəhimli yazıb ki, artıq 3 gündür Sumqayıt müsavatçıları polis şöbələrinə cağırılıb.

O hətta bir müsavatçının Səid adlı 13 yaşlı övıadının da polisə çağırıldığını deyib.