“Sumqayıt Texnologiyalar Parkı”nda ixtisarların olduğu deyilir

“Sumqayıt Texnologiyalar Parkı”nda ixtisarların olduğu deyilir

01-02-2019 18:07 / Bu xəbər 1803 dəfə oxundu

"Sumqayıt Texnologiyalar Parkı”nda işçilərin heç bir səbəb göstərilmədən kütləvi işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb. 

Bu barədə işdən çıxarılmış şəxslər AzToday.az-a bildiriblər. 

Onların sözlərinə görə, təcrübəli işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır: "STP-nin rəhbəri Emin Məmmədov faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona "işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır".

Emin Məmmədov

"Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər. Leyla Babayevanın əməkdaşlardan işdən edilməsi üçün hansı bəhanələrdən istifadə etməsi ilə bağlı səsyazıları da var", - şikayətçilər bildiriblər. 

Son bir il ərzində STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən azad edilib. Şikayətlərindən məlum olur ki, işdən çıxarılanların əksəriyyəti bu sahədə müəyyən təcrübəyə malik olmalarına baxmayaraq, onları təcrübəsiz işçilərlə əvəz ediblər. 

STP-dən yayılmış xəbərlərə münasibət öyrənmək mümkün olmayıb.