Şuşanın işğalından 25 il keçir

Şuşanın işğalından 25 il keçir

08-05-2017 15:34 / Bu xəbər 1677 dəfə oxundu

Bu gün (8 may ) Şuşa şəhərinin işğal olunmasından 25 il ötür.

Şuşa işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir. 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox insanın öz doğma torpağından didərgin salındığı açıqlanıb.

Yerli  rəsmi orqanların açlqlamasına görə , Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb. 

Bura habelə, 2 sanatoriya, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi daxildir.