Tahir Kərimli: "Məhkəmələrimizə alverxana, kommersant deyirlər"

Tahir Kərimli:

13-06-2019 20:57 / Bu xəbər 940 dəfə oxundu

"Yeni yaradılacaq məhkəmələrin "Kommersiya” adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə alverxana, kommersant deyirlər. 

"İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə "Kommersiya” verilir?”

Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Tahir Kərimli deyib.

Deputat  bildirib: "Düşünürəm, ad məsələsinə yenidən baxmaq lazımdır”.