Taksi şirkətindən yazan fəallar "banditizm"ə çağrıldılar

Taksi şirkətindən yazan fəallar

17-09-2018 10:34 / Bu xəbər 1999 dəfə oxundu

Azerbaycanrealligi.com saytının təsisçisi Dəyanət Babayev və Şəffaf idarəçilik” İctimayi Birliyinin sədri Cəmil Hacıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıblar.

Bu haqda Sozcu.az saytına məlumat verən Dəyanət Babayev bildirib ki, çağrılmalarına səbəb "*8111" və "*9111" Taksi şirkəti haqqında yazdıqları yazı ilə bağlıdır:

"Mən və Cəmil Hacıyev DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə(Bandotdelə) çağırılmışıq. Səbəb isə şikayətidir. Azerbaycanrealligi.com saytında gedən yazını şər - böhtan hesab edirlər. Əslində isə bu işi "Bandotdel" yox, məhkəmə araşdırmalıdır. Görünür qaranlıq məqamlar var. Cəmil Hacıyevin çağırılmasına səbəb isə həmin şirkətdən olan şikayətçiləri bizim sayta yönəltməsidir. Nələr baş verdiyini anlamıram. Məlumat üçün bildirim ki, ölkədə deyiləm. Qazaxıstandayam. Azərbaycana qayıdan kimi məsələni araşdıracağam, lazım olan qurumlara da gedəcəyəm. Biz yalnız haqq-ədalətin qələbəsi üçün qanunun aliliyini qorumaq yolu tutmuşuq və insan hüquqları ilə bağlı orqanların ayağına getməyə hər zaman hazırıq!"

Cəmil Hacıyev bildirib ki, Rəsmi çağırış vərəqəsi tələb etsə də DİN-nin Mütəşəkkil Cinayətkarlıq İdarəsin əməkdaşı bildirib ki, mən rəsmi adamam, çağırışım elə rəsmidir:

"DİN-nin Mütəşəkkil Cinayətkarlıq İdarəsindən zəng eləmişdilər. Ayın 17-si saat 10-da Mütəşəkkil cinayətkarlıq idarəsində olmalıyıq. "9111" taksi şirkəti məndən və Dayanat Babayevdən şikayət edib. "9111" taksi şirkətinin sürücülərinin şikayətin ictimayiləşdirdiyimiz, onların sürücülərə təqdim etdiyi proqramda Qarabağ və ətraf rayonların erməni dilində olduğu haqqında yazılar yazdığımız üçün. Bundan əlavə "9111" təqdim etdiyi proqramda Bakının mərkəzi küçələrinə erməni adları qoymuşdular. Bizdən başqa bunu İTV-nin reportioru və digər informasiya agentliklərdə veriblər. Amma şikayət yalnız bizdən olub. Rəsmi çağırış vərəqəsi tələb etsəmdə DİN-nin Mütəşəkkil Cinayətkarlıq İdarəsin işçisi bildirdi ki, mən rəsmi adamam, çağırışım elə rəsmidir. Amma belə rəsmiyyət olmadığını deyəndə o bildirdi ki, çağırışı yazmaq poçtla yola salmaq sənə nə vaxt çataçaq, ona görə zəng edib çağırırıq. Dəyanat Babayevə zəng çatmadığı üçün 2-ci dəfə mənə zəng elədilər ki, Dəyanatilə əlaqən varsa ona çatdır, birlikdə gəlin. Dəyanatda xaricdədir".