Tanınmış hərbi ekspert və həyat yoldaşı qəzaya düşdü

Tanınmış hərbi ekspert və həyat yoldaşı qəzaya düşdü

07-07-2016 14:24 / Bu xəbər 1973 dəfə oxundu

Azərbaycanın hərbi eksperti Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci kilometrliyində baş verən ağır yol qəzasında xəsarət alıblar. 

"Report"un xəbərinə görə, T.Əbilovun qolu qırılıb, həyat yoldaşı D.Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar ilk olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada onlara ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirirlər.

T.Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur. 

Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir. 

Arqument.Az