"Tanrının mirzəsi" AYB-dən getdi

13-09-2016 15:15 / Bu xəbər 2574 dəfə oxundu

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verib. 

Arqument.Az xəbər verir ki, bunu şair özünün şəxsi feysbuk səhifəsində yazıb. 

Behrudi istefasını doğum günündə AYB rəhbərliyi tərəfindən təbrik edilməməsi ilə əsaslandırıb: "Uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan YB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib. Niyə? Görəsən Şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır?”
 
Xatırladaq ki, sentyabrın 12-də Rüstəm Behrudinin 59 yaşı tamam olub. 
 
Qeyd edək ki, şair feysbukda özünü "Göy üzü adlı yerdə Tanrının mirzəsi" adlandırıb. 
 
Arqument.Az