"Tarif Şurasının qərarı Quran ayəsi deyil ki..." - AÇIQLAMA

04-12-2016 23:06 / Bu xəbər 2719 dəfə oxundu

"Daha yüksək səviyyədə razılıq verilərsə, Tarif Şurası bu qərara yenidən baxa bilər”.

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Qubad İbadoğlu Tarif Şurasının bahalaşma qərarına yenidən baxılması ilə bağlı səslənən fikirləri şərh edərkən deyib. 
 Картинки по запросу Qubad İbadoğlu
Onun sözlərinə görə, şuranın bu qərara yenidən baxması inandırıcı görünmür: "Belə getsə, Tarif Şurasının bu qərara yenidən baxması inandırıcı görünmür. Amma, həqiqətən də, ictimaiyyətin bununla bağlı ciddi çağırışları olarsa, qərara yenidən baxıla bilər. Son nəticədə düşünürəm ki, Tarif Şurası səviyyəsində deyil, daha yüksək səviyyədə razılıq verilərsə, Tarif Şurası bu qərara yenidən baxmaq məcburiyyətində qalacaq. Ümumiyyətlə, Tarif Şurası qərarı verməmişdən əvvəl müəyyən sorğular, ekspertlərlə məsləhətləhətləşmələr həyata keçirilməli, bazarın tələbləri öyrənilməli, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmalı, eyni zamanda qiymət artımı müəyyənləşdirməli idi. Təəssüflər olsun ki, onların heç biri olmayıb.  Əslində, Tarif Şurasının qərarı əsassızdı. Onu nəzərə alaraq, Tarif Şurasının qərarına yenidən baxması halları mümkündür”. 

Fazil Mustafa:  "Tarif Şurası qərarına yenidən baxa bilər” 
 
Deputat Fazil Mustafa mövzu ilə bağlı Toplum.Tv-yə açıqlamasında bildirib ki, Tarif Şurası qərarına yenidən baxa bilər: "Tarif Şurasının qərarı Quran ayəsi deyil ki... Əhalinin ümumi ictimai rəyi nəzərə alınaraq, buna baxıla bilər. Məncə, baxılmalıdır da. Hər halda bu məsələdə vətəndaşı düşünərək addım atmaq lazımdır. Yəni vətəndaşın nə qədər sıxıntıya düşəcəyi, sahibkarın nə qədər zülm çəkəcəyi ortadadır. Ona görə də prinsipcə buna baxılmalıdır, müzakirə olunmalıdır. Hər halda Milli Məclisdə büdcə müzakirələrindən sonra bu məsələyə daha da dəqiqlik gətirilər. Çünki orada da bu fikirlər səslənəcək. Ən azı ölkənin və insanlarımızın marağını düşünərək bu addımların atılması vacibdir".  
Картинки по запросу fazil mustafa
Xatırladaq ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. 

Sevinc Paşa
Toplum.Tv