Tarixçi Şirməmməd Hüseynov vəfat edib

Tarixçi Şirməmməd Hüseynov vəfat edib

25-06-2019 11:05 / Bu xəbər 854 dəfə oxundu

Azərbaycanlı tarixçisi Şirməmməd Hüseynov 95 yaşında vəfat edib.
 
Bakı Dövlət Universitetindən verilən məlumata görə, tarixçi iyunun 24-də həyatla vidalaşıb.

Şirməmməd Hüseynov Azərbaycanın mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olub. O, Azərbaycan Demokratik Respublikası, Məmmədəmin Rəsulzadə barədə tədqiqatları ilə tanınırdı, bir çox kitabların müəllifidir.