Təbriz Bazarında yanğın baş verib

Təbriz Bazarında yanğın baş verib

10-05-2019 13:13 / Bu xəbər 946 dəfə oxundu

Dünyanın ən böyük örtülü bazarı kimi tanınan Təbrizin böyük bazarında may ayının 8-də gecə saatlarında baş verən yanğın nəticəsində tarixi bina və mağazalara ciddi ziyan dəyib.

Gecə saatlarında Təbriz Bazarının "İki Qapılı Saray” bölməsində başlanan yanğın ertəsi günün səhər saatlarına qədər davam edib.

İSNA-nın məlumatına görə yanğın və yanğınsöndürmə fəaliyyəti zamanı xəsarət alan təqribən 30 vətəndaş xəstəxanaya aparılıb.

Olay nəticəsində bazarın bir neçə bölməsində çox sayda mağazanın içindəki əşyalar ilə bərabər yandığı bildirilir.

"İki Qapılı Saray” bölməsində 100-dən artıq mağaza məhv olub.

Tarixi önəm daşıyan bəzi bölmələrə yanğınsöndürmə fəaliyyətləri zamanı ciddi zərərlər dəyib. Dövlət agentliyi İRNA-nın xəbərinə əsasən, yanğınsöndürənlər bəzi bölmələrdə dumanı çıxarmaq məqsədilə tavanı söküblər.

Rəsmi qurumlar yanğının səbəbləri haqda hələlik açıqlama verməyiblər.

Dünyanın ən qədim bazarlarından olan Təbriz Bazarı 2010-cu ildən bəri UNESCO-nun dünya mirası siyahısına daxil edilib.

Təbriz Bazarının İranın müasir siyasi tarixində önəmli yeri olub.///Amerikaninsesi.org