Tədqiqat işlərinin toplusu nəşr olunub

Tədqiqat işlərinin toplusu  nəşr olunub

08-03-2016 01:08 / Bu xəbər 1856 dəfə oxundu


Bu günlərdə Bakı Slavyan Universitetinin "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası əməkdaşlarının 2005-2015-ci illər elmi-tədqiqat işlərinin toplusu çapdan çıxıb.

 

Topluda ötən on il ərzində laboratoriya əməkdaşlarının bir sıra respublika və beynəlxalq elmi konfranslarda  etdikləri məruzələr  öz əksini tapıb.

 

Universitetdən  verilən məlumata görə, "Mütərcim” nəşriyyatında çap olunmuş "Şərq-Qərb -2” adlı bu kitab Bakı Slavyan Universitetinin Elmi Şurasında (30 noyabr 2015-ci il tarixli iclas)  təsdiq olunmuş və çap olunmağı tövsiyə olunmuşdur.

 

Məlumat üçün qeyd edək ki, "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası Bakı Slavyan Universiteti rektorunun 2001-ci il 23 yanvar tarixli 7 saylı əmri ilə yaradılıb.

 

Laboratoriya avrasiyaçılıq, türk-slavyan mədəni, ədəbi, dil əlaqələrinin tarixini müasir durumunu və digər problemləri araşdırır.

 

Arqument.Az