Təkbaşına aksiya keçirən AXCP üzvü saxlanıldı

Təkbaşına aksiya keçirən AXCP üzvü saxlanıldı

24-05-2017 16:11 / Bu xəbər 1250 dəfə oxundu

Füzuli Hüseynovun Nəsimi Rayon Polis İdarəsində olduğu deyilir 

Mayın 24-də AXCP üzvü Füzuli Hüseynov Bakının mərkəzində "Siyasi məhbuslara azadlıq!" şüarı ilə təkbaşına aksiya keçirib. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumatda deyilir ki, Hüseynovun aksiyası bir neçə dəqiqə çəkib və əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. 

Onlar aksiyaçını özləri ilə aparıblar.

Onun hazırda idarədən dindirildiyi bildirilir. 

Arqument.Az