Ötən il nə qədər texnika alınıb?

Ötən il nə qədər texnika alınıb?

02-02-2018 15:29 / Bu xəbər 2981 dəfə oxundu

Dövlət Statistika Komitəsi kənd təsərrüfatı texnikasının satışı haqqında hesabat yayıb. 

Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2017-ci ildə ölkəyə dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına "Aqrolizinq” ASC-nin xətti ilə ümumilikdə 269,4 milyon manat dəyərində 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat, 179 vahid pambıqyığan kombayn, 87 vahid çuğundur çıxaran, 1645 vahid müxtəlif növ traktor, 1370 vahid traktor yedəkləri (qoşqular), 838 vahid kotan, 343 vahid mala, 751 vahid kultivator, 95 vahid ot biçən, 29 vahid ot dırmığı, 34 vahid ot küləş presləyən, 394 vahid çiləyici və tozlayıcı, 961 vahid səpici aqreqat, 92 vahid gübrəsəpən, 31 vahid bağarası frez, 33 vahid taxıl (toxum) təmizləyən və 979 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.