Tereza Meyə etimad səsverməsi keçiriləcək

Tereza Meyə etimad səsverməsi keçiriləcək

12-12-2018 15:17 / Bu xəbər 1280 dəfə oxundu

Dekabrın 12-də Britaniyanın Baş naziri Tereza Mey özünün Mühafizəkarlar Partiyasının üzvləri tərəfindən etimad səsverməsi keçiriləcək.

Partiya rəsmisi Qraham Bredi deyib ki, deputatlardan alınmış 48 məktub belə bir səsvermənin keçirilməsini mümkün edib.

Britaniya 201-cı ildə Avropa Birliyindən çıxmağa səs verəndən az sonra Mey baş nazir seçilib.

O, Brüssellə əldə etdiyi "Brexit" sazişinə görə öz partiyası daxilində tənqid olunur.

Dekabrın 10-da baş nazir sazişin parlamentdə planlaşdırılan səsverməsini ləğv edib.

Bu addım deputatları qəzəbləndirib. Onlar Britaniyanın AB-dən çıxmasının şərtlərini tənzimləyən sazişin səsverməyə çıxarılmasını istəyirdilər.///toplum.tv