Təşkilatların süqutu

Təşkilatların süqutu

14-10-2017 14:51 / Bu xəbər 1550 dəfə oxundu

İdris Heydərli

Tv düşüncəmiz xəbər üzərindən deyil, tədbir üzərindən görüntüləndi.
Sovet Tv-si Mərkəzi Komitənin təbliğat maşını idi.

Təşkilatın Tv-si təşkilatın kənarında olanları görməz və görmək istəməzdi. Təşkilat isə təbliğata çox önəm verərdi.
Təbliğat isə təşviqatla məşurlaşardı.

İdarəetmə mexanizmi - Təşkilat- təbliğat-təşviqatla canlı deyil, ölüləşdirilərdi, çünki canlı meyidlər hazırlamaq idi məqsəd...

Təşkilat Mübarizə aparardı,düşmən gördüyü hər nə var idisə, Mübarizə təşkilatın yaşamasının hərəkətverici gücü idi.
Mübarizənı amal seçən Sovet təşkilatını mübarizə də bitirdi, amma təşkilat adını deyişib Müstəqil Təşkilatlar qoydular.

Dəyişən bir tək adlar oldu, qalan qalan nə var idisə davam əmri verildi.
Biz də Partiya Təşkilatının bir şöbəsi olaraq yaşamaq zorunda qaldıq, təbliğatımız, təşviqatımızla...

Partiya təşkilatının Sovet dönəmindən bir fərqi var idi; sovet təbliğat maşınının "parazitlər", "müftəxorlar" olaraq mübarizə apardığı təbəqə Yeni modeldə Təşkilatın idarəedənləri funksiyasını qazandılar.

Dünənin müftəxorları, bu günün söz sahiblərinə çevrildilər. Bu bir dairədir, yaşanıb bitməli idi.

Bütün yollar Dövlət olmağa doğru gedir, təşkilatlar isə dönəmi qapanır. Yeni mərhələdə dövlət və dövlət ağlı başlayır.

Bu qədər.