Tramp 8 ölkə vətəndaşının ABŞ-a girişinə qadağa qoyub

Tramp 8 ölkə vətəndaşının ABŞ-a girişinə qadağa qoyub

25-09-2017 10:28 / Bu xəbər 1620 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
 
Bu barədə "The Wall Street Journal” məlumat verib.
 
Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. 

Sudanın adı yeni siyahıdan çıxarılıb. 

Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən  yer alır.
 
Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.