Tramp BMT-yə qarşı

Tramp BMT-yə qarşı

19-09-2017 14:28 / Bu xəbər 906 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp BMT-də sentybarın 18-də jurnalistlərə deyib ki, bu təşkilat ali məqsədlər üçün yaranıb, ancaq dünya əhalisinin etimadını qazanmalıdır.

Trampın fikrincə, BMT öz potensialını tam reallaşdırmayıb, buna bürokratiya və düzgün olmayan idarəetmə mane olur.

Tramp eyni vaxtda BMT baş katibi Antonio Guterresi tərifləyib ki, əvvəllər işləməyən üsullardan imtina edir və təşkilatın iş üslubunu dəyişir.

Nyu Yorkda BMT-nin Baş Assambleyasına 130 ölkənin lideri gedib. Onlar arasında Azərbaycan prezidenti İlham Əliyev də var.