Tramp Rusiya ilə münasibətlərdən yazdı

Tramp Rusiya ilə münasibətlərdən yazdı

13-04-2017 19:34 / Bu xəbər 2106 dəfə oxundu

"ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq". 

Bunu aprelin 13-də ABŞ prezidenti Donald Tarmp Tvitter səhifəsində yazıb. 

O bildirib ki, lazımi vaxtda hərə özünə gələcək və möhkəm sülh olacaq.

Tramp bundan əvvəl Vaşinqtonda NATO-nun baş katibi Jens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında demişdi ki, Qərblə Rusiya arasında münasibətlərin yaxşılığa doğru dəyişməsini görmək istərdi.

Onun bu bəyanatı ABŞ Dövlət katibi Rex Tillersonun Moskvaya səfərindən sonraya təsadüf edir.

Tillerson Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ölkə prezidenti Vladimir Putinlə görüşüb.///Mənbə: azadliq.org