Tramp ÜST-ü maliyyəni dayandırmaqla hədələyib

Tramp ÜST-ü maliyyəni dayandırmaqla hədələyib

08-04-2020 21:57 / Bu xəbər 503 dəfə oxundu

ABŞ-da koronavirusdan rekord sayda ölüm qeydə alınıb. 

Arqument.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham edib və maliyyələşməni dayandıracağı ilə hədələyib.

"Onlar çox şeydə səhv ediblər. Pandemiyanı aylar əvvəl elan etməli idilər. Çağırışları aylar əvvəl edə bilərdilər. Onlar bilməli idilər və yəqin, bunu bilirdilər. Buna görə də bu məsələni çox diqqətlə araşdıracağıq və ÜST üçün ayrılan maliyyəni dayandıracağıq", - Tramp deyib.

ABŞ prezidenti Ümumdünya Səhiyyə Təşkilatınını (ÜST) məsuliyyətsizlikdə ittiham edib. 

O bildirib ki, ABŞ-dakı ağır vəziyyətin yaranmasında da ÜST günahkardır.

ABŞ-da son bir gündə 1,858 koronavirusdan ölüm hadisəsi qeydə alınıb. 

Bu, epidemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Con Hopkins Universitetinin məlumatına görə, ölənlərin ümumi sayı 12 862 nəfərdir.

Medianın yaydığı məlumata görə, Trampın ticarət məsələləsi üzrə müşaviri Peter Navarro hələ yanvar ayının sonlarında virusun milyonlarla amerikalıların həyatı və sağlamlığına təhlükə yarada biləcəyi və trilyonlarla dollara başa gələ biləcəyi mövzusunda xəbərdarlıq etmişdi. 

Keçmiş milli təhlükəsizlik məsələləsi üzrə müşavir Syuzan Rays "Washington Post" qəzetinə: "Trampın səhvləri on minlərlə amerikanlının həyatına zərər verib", - deyə açıqlama verib.

O bildirib ki, Tramp dəfələrlə öz məsuliyyətini inkar edib, Çini, Obama administrasiyasını və medianı günahlandırmağa çalışıb. 

Nizami Bağırov