Tramp Türkiyəyə qoyulacaq sanksiyaları açıqlayıb

Tramp Türkiyəyə qoyulacaq sanksiyaları açıqlayıb

15-10-2019 17:06 / Bu xəbər 1560 dəfə oxundu

Ağ Ev Türkiyəyə sanksiya tətbiq etmək barədə əmri imzalayacağını açıqlayıb. 

CNN-in yaydığı məlumatda deyilir ki, sanksiyalara əsasən dəmir-aliminium idxalına 50 faiz gömrük vergisi qoyulacaq, Türkiyə ilə 100 mlrd dollarlıq ticarət anlaşması ləğv ediləcək. 

Bundan əlavə, hazırkı və keçmiş Türkiyə rəsmlərinə, eyni zamanda onların əmlakına sanksiya tətbiq ediləcək.

"Türkiyənin hərbi hücumu mülki insanları təhlükə altına qoyur və bölgədəki sülh, təhlükəsizlik və sabitliyə təhdiddir", - deyə Trampın açıqlamasında deyilir. 

Onun sözlərinə görə, Türkiyənin bu hərəkəti bölgədə insani böhran və mümkün müharibə cinayətlərinə şərait yaradır.

Ağ Ev Ərdoğanın gələn ay Vaşinqtona gələcəyini, indiyə qədər ictimaiyyətə səfərin təxirə salınması və ya ləğv edilməsi barədə məlumat verilmədiyini açıqlayıb.///toplum.tv