Türkiyə referenduma gedir

Türkiyə referenduma gedir

11-02-2017 17:31 / Bu xəbər 1735 dəfə oxundu

Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprelin 16-da keçiriləcək.
 
Bu barədə Türkiyənin "Sabah” qəzeti məlumat yayıb. 

Qəzetin yazdığına görə, belə bir açıqlama ilə Yüksək Seçim Qurumu sədri Sədi Güvən çıxış edib. 
 
Konstitusiya dəyişikliklərinə əsasən, Türkiyə parlament respublikasından prezident respublikasına çevrilə bilər. Həmçinin baş nazir postunun ləğv olunması da dəyişikliklərə daxildir.