Türkiyə-Rusiya münasibətləri: "Sağ qulağı sol əllə qaşımaq..."

Türkiyə-Rusiya münasibətləri:

06-12-2016 17:51 / Bu xəbər 1325 dəfə oxundu

"Düşünürəm ki, bunlar daha çox siyasi gedişlərdir”.

Bunu Toplum Tv-yə media eksperti, hüquqşünas Ələsgər Məmmədli Türkiyə və Rusiya rəsmilərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin son günlər dollardan imtina edərək qonşu ölkələrlə ticarəti yerli valyutalarla aparması təklifi birmənalı qarşılanacaq təklif deyil:
Картинки по запросу Ələsgər Məmmədli
"Çünki Türkiyyənin təklif etdiyi 3 ölkə - Rusiya İran və Çinlə olan ticarət açığı 41.8 milyard dollardır. Bu da o deməkdir ki, Türkiyə onlara satdığından təxminən 41.8 milyard çox onlardan alır. Belə olan halda, bu böyük ticarət açığını, sadəcə, barterdən əlavə olaraq böyük miqdarda pul kütləsini də dəyişməsini zəruri edir. Bu isə real görünmür, çünki 2015-ci ildə təxminən 25 milyard Çinlə, 12 milyard Rusiya ilə və 3 milyarda yaxın İranla olan açığı topladıqda Türkiyənin hər üç dövlət qarşısında mənfi saldosu olduğu görünür. Yəni ölkə idxaldan asılı olduğunundan, qarşı tərəflər üçün bu cəlbedici deyil. Onlar satdıqları malın müqabilində Türkiyədən daha çox dollar qəbul edir və bunu 3-cü tərəflərə yönəldirlər. Türkiyə aspektindən məsələ daha gəlirli görünür, çünki Türkiyə nəticə etibarilə 41 milyard daha az dollar xərcləyərək aradaki fərqi qapada bilər. Nəzəri olaraq, bu belə olsa da, pratik olaraq  ağılabatan deyil. Rusiya təxminən öz ticarət dövriyyəsi içərisində 6%-lik yerə sahib olan Türkiyə üçün bu addımı atmaz. Eyni zamanda Çin üçün də real görünmür, çünki Çinin iqtisadiyyatında əsasən dollarla dövriyyə çox rahatdır. Ayrıca, bunun başqa tərəfi də var. Bu gün təxminən 12-15 saniyyə ərzində Çinə pul transfert etmək və ya Çindən  pul transfert etmək imkanı olan Türkiyənin bundan sonra hansı sistemi istifadə edib bu boşluğu dolduracağı şübhəli və qeyri-müəyyən suallardır. Ona görə mən düşünürəm ki, bunlar daha çox siyasi gedişlərdir və bir az da daxili bazarda dollara olan tələbin azalmasına yönəlik psixoloji basqıdır”.

REAL Hərakatının İcraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, ticarət dövriyyəsini milli valyutaya çevirmək mümkün deyil: Картинки по запросу natiq cəfərli
"Bu, sadəcə, populist çıxışlardan, Türkiyədə olan dollara təlabatın azalmasına yönəlik psixoloji təsirlərdən başqa bir şey deyil. Çünki 2014-cü il üçün Rusiya ilə Türkiyənin ticarət dövriyyəsinə baxdıqda görürük ki, Türkiyəyə Rusiya təqribən 24 milyardlıq mal satır Türkiyənin isə satdığı malın həcmi təxminən 6 milyard dollardır. Yəni arada ciddi, 18 milyard dollarlıq fərq var. Türkiyə Rusiya boyu ilə həmin məhsulları alacaqsa, rus rublunun özünü hardan tapacaq. Yəni Türkiyənin rubl çap edən maşını yoxdur ki, çap edib Rusiyaya versin. Onlar rus rublu əldə etmək üçün yenidən dolları Rusiya birjalarında satıb, rubla çevirməlidir ki, Rusiyadan aldığı məhsulun pulunu rubla ölçsün. Bu da sağ qulağı sol əllə qaşımağa bənzəyir. Bu məsələnin birinci tərəfi. Digər tərəf isə odur ki, iş adamlarının güvəni yoxdur, çunki həm rublda, həm də Türkiyə ərazisində məzənnə tez-tez dəyişir, dolların itkiləri dəyişir. Ona görə də Türkiyə və Rusiya iş adamları özlərini sığortalamaq üçün müqavilələri ya dollar, ya da avro üzərindən qururlar. Bu məzənnə itkilərindən onları müəyyən qədər qoruyur. Daha bir məsələ ondan ibarətdir ki, Türkiyənin Rusiyadan ən çox aldığı məhsul təbii qazdır. Təxminən 16-17 milyard dollarlıq təbii qaz alır və bu qaz müqavilələri beynəlxalq hüququn subyektidir. Bu da bütün beynalxalq müqavilələr necə bağlanırsa, elə tərtib olunur. Bu da dollar üzərindən neftin qiymətinə uyğunlaşdırılmış formada olur. Bütün bu amilləri nəzərə alaraq Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin milli valyutaya keçirilməsi fikri, sadəcə, populizimdir və əhalini sakitləşdirməyə yönələn addımdan başqa bir şey deyildir”. 

Politoloq Elxan Şahinoğlu isə əlavə edib ki, hər iki ölkədə iqtisadi vəziyyət ağırdır, müəyyən gərginliklər yaşanır: "Türkiyədə dolların kursu getdikcə artır. Ərdoğan və baş nazir Binali Yıldırımın əsas hədəfləri ondan ibarətdir ki, xarici ölkələrlə alış verişi  milli valyutaya keçirsin. Türkiyənin məqsədi həm də Rusiya, İran və digər böyük ölkələrlə bu sistemi yaratmaqdır. İndi bu Rusiyanın maraqlarına nə dərəcədə cavab verir, bunu yaxın perspektiv göstərəcək. Əsas odur ki, Türkiyə bu şəkildə alış-verişin aparılmasını istəyir. Əgər Rusiyanın da maraqlarına cavab verəcəksə, hər ikisi prinsipcə dollardan imtina edə bilərlər”.
Картинки по запросу Elxan şahinoğlu
Qeyd edək ki, dünən Türkiyə baş naziri Binali Yıldırım Rusiyaya səfər edib. Səfərdə hər iki ölkə üçün ticarət münasibətlərini yerli valyuta ilə aparmaqdan, dollardan imtina etməkdən danışılıb.
 
Arqument.Az