Türkiyədə 20 yaşa qədər gənclərə də küçəyə çıxmaq qadağan edildi

Türkiyədə 20 yaşa qədər gənclərə də küçəyə çıxmaq qadağan edildi

04-04-2020 14:48 / Bu xəbər 874 dəfə oxundu

Türkiyədə koronavirusla əlaqədar 20 yaşa qədər gənclərə küçəyə çıxmaq qadağası qoyulub.

Bu barədə Türkiyənin "Anadolu” agentliyi məlumat yayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan  deyib ki, Türkiyədə 20 yaşdan kiçik (2000-ci il 1 yanvar tarixindən sonra anadan olanlar) sakinlərin də evlərini tərk etmələri qadağan edilib.

Bundan əvvəl isə 65 yaşdan yuxarı insanlar üçün qadağa saatları tətbiq olunurdu.

Onn sözlərinə görə, 31 əyalətdə, o cümlədən Türkiyə əhalisinin təxminən beşdə birinin yaşadığı İstanbulda, həmçinin Ankara, İzmir, Bursa və Adananın şəhər mərkəzlərində nəqliyyat vasitələrinin giriş-çıxışına 15 günlük qadağa qoyulub. 

Prezidentin sözlərinə görə, izdihamlı yerlərdə, o cümlədən mağazalarda maska taxmaq artıq məcburiyyətdir. 

Qadağalara əsasən insanların bütün açıq yerlərdə, o cümlədən küçələrdə toplaşmasına icazə verilmir.

Türkiyədə 20 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

Ölənlərin sayı 425-dir. 484 nəfər isə müalicədən sonra tam sağalıb.
 
Nizami