Türkiyədə dolların məzənnəsi aşağı düşdü

Türkiyədə dolların məzənnəsi aşağı düşdü

17-10-2018 11:23 / Bu xəbər 1597 dəfə oxundu

Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.

Türkiyə mətbuatı xəbər verir ki, banklararası valyuta bazarında Amerika valyutasının qiyməti bu il avqustun 10-dan bəri ilk dəfə 5,67 lirə ətrafındadır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda qonşu ölkədə Avropa valyutasının qiyməti 6,55 lirə ətrafındadır.

Türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb.///toplum.tv