Türkiyədə referendumun nəticəsi məlum oldu

Türkiyədə referendumun nəticəsi məlum oldu

17-04-2017 12:32 / Bu xəbər 1321 dəfə oxundu

Aprelin 16-sında Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Dəyişikliklərdə ölkənin parlament sistemindən prezident idarəçiliyinə keçməsi nəzərdə tutulur.

Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib,seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan  "aydın qələbə" qazandığını elan edib.Bu referendum Erdoğan-ın 2029-cu ilədək hakimiyyətdə qalmasına imkan verir.

Erdoğan ilk tapşırığının ölüm hökmünü bərpa etmək olduğunu vurğulayıb.

Ölüm cəzasının bərpası Türkiyənin Avropa Birliyinə yolunun bağlanması kimi qiymətləndirilir. Paytaxt Ankara  bu cəzanı 2004-cü ildə  ləğv edib.

Türkiyənin müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) bülletenlərin 60 faizinin yenidən sayılmasını tələbi ilə çıxış edib.