Ukrayna polisi AzTV əməkdaşına məxsus restoranda reyd keçirib?

Ukrayna polisi AzTV əməkdaşına məxsus restoranda reyd keçirib?

21-04-2017 15:18 / Bu xəbər 1531 dəfə oxundu

Ukrayna polisi Dnepropetrovsk şəhərinin Sofol massivində fəaliyyət göstərən "Bakinskiy dvorik” restoranında reyd keçirib.

"Bakinskiy dvorik” restoranının AzTV-nin bu ölkədəki xüsusi müxbiri Möhsüm Aslanova məxsus olduğu deyilir. 

Azərbaycanın Kiyevdəki səfirliyindən əldə etdiyimiz məlumata görə, Ukraynanın Antikorrupsiya Bürosu tərəfindən keçirilən reyd zamanı sözügedən restoranın qeyri-qanuni fəaliyyət göstərdiyi üzə çıxıb. 

Məlum olub ki, "Bakinskiy dvorik” restoranı fəaliyyəti boyu vergidən yayınıb, o cümlədən restoranda qeyri-qanuni qumar oyunları da təşkil olunub.

Artıq hadisə ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb. 

Məsələ ilə bağlı cinayət işinin açılacağı deyilir. 

Qeyd edək ki, Möhsüm Aslanovun həmin restoranı yaxın qohumlarından birinin adına qeydiyyatdan keçirdiyi, amma bütün mülkə şəriksiz sahib olduğu deyilir.
 
Məsələ ilə bağlı Mövsüm Alanovun feysbukdakı şəxsi səhifəsinə sorğu göndərsək də, cavablandırmadı. 
 
İddialarla bağlı Möhsüm Aslanovun feysbukdakı səhifəsinə sorğu göndərsək də, heç bir cavab vermədi. 
 
 
Arqument.az