Ulyukayev Sechini yalan danışmaqda suçlayır

Ulyukayev Sechini yalan danışmaqda suçlayır

27-11-2017 19:00 / Bu xəbər 1374 dəfə oxundu

Pul qoparmaqda ittiham olunan Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev təqsirsiz olduğunu deyir. 

O, Rosneft şirkətinin rəhbəri Igor Sechin-i müstəntiqlərə yalan danışmaqda suçlayıb.

Noyabrın 27-də Ulyuakyev-in növbəti məhkəməsi keçirilib. Sechin yenə prosesə getməyib, həddən artıq məşğul olduğunu əsas gətirib. 

O, məhkəməyə dəfələrlə çağrılıb.

Ulyukayev Sechin-dən 2 milyon dollar qoparmaqda suçlanır, əvəzində hökumət Rosneftin Bashnefti almasına dəstək verəcəkmiş.

"Sechini heç vaxt təhdid etməmişəm”, – Ulyukayev məhkəmədə deyib.

"Onu təhdid etməyimlə bağlı ifadəsi mənə qarşı böhtana sübutdur”, – Ulyukayev bildirib.

Sechinin vəkili isə onun yalan danışmadığını deyib.

Müstəntiqlər 2016-cı ilin noyabrında Ulyukayevin Sechin-dən 2 milyon dollar almaqda ittiham olunur. 

Ulyukayev isə ona tələ qurulduğunu, çamadanda şərab butılkalarının olduğunu düşündüyünü söyləyib.