Umberto Eko vəfat etdi

Umberto Eko vəfat etdi

20-02-2016 16:03 / Bu xəbər 1797 dəfə oxundu

İtaliyalı yazıçı və filosof Umberto Eko evində 85 yaşında vəfat edib. Oxu.az xəbər verir ki, bu barədə "La Repubblica” məlumat yayıb.

Umberto Eko semiotika sahəsində tədqiqatçı kimi məşhur idi, həmçinin tarixçi, eləcə də "Gülün adı”, "Fuko Mayatniki” və "Ərəfə adası” əsərlərinin müəllifi idi. O, həmçinin "Böyük xaç” və "Fəxri Legion” kavaleri adına layiq görülmüşdü.

Eko "açıq əsər” nəzəriyyəsinin müəllifi hesab edilir, bu nəzəriyyəyə görə, oxucu yazıçının həmmüəllifinə çevrilir. Eləcə də ədəbiyyat və fəlsəfədə posmodernizmin əsas nümayəndələrindən biridir.