Valeh Hümmətoğlu polisə çağırıldı

Valeh Hümmətoğlu polisə çağırıldı

11-02-2017 23:28 / Bu xəbər 1732 dəfə oxundu

Bu gün Müsavat Partiyasının Məclis üzvü Valeh Hümmətoğlu Salyan rayon polis idarəsinə çağırılıb. 

Bu haqda "Basta”ya Müsavatın Salyan rayon təşkilatının sədri Nizami Osmanuşağı məlumat verib.

Valeh Hümmətoğlu polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

"Məndən sabaha təyin olunan müşavirə ilə bağlı izahat istədilər. Bildirdim ki, siyasi partiyaların öz strukturları daxilində müşavirələr keçirmək hüququ var. Məndən tələb etdilər ki, müşavirəni təxirə salım”.

Qeyd edək ki, Müsavat Partiyası respublikanın bütün ərazisində müşavirələr keçirir. Bu barədə qərarı partiyanın Divanı verib.

Müsavatın Divan üzvü, vəkil Nemət Kərimli "Basta”nın sualına cavab olaraq bildirib ki, müxalifətçinin partiyadaxili iclasa görə polisə çağırılması qanunsuzdur. Bu qanunsuzluqla əlaqədar müxalifətçinin prokurorluğa və məhkəməyə müraciət etmək hüququ var.

Arqument.Az