Valyuta kursları necə dəyişib?

Valyuta kursları necə dəyişib?

10-05-2018 11:15 / Bu xəbər 513 dəfə oxundu

Mayın 10-da gürcü larisinin rəsmi kursu 0,6951 manata, ingilis funt sterlinqi 2,3078 manata yüksəlib.

Mərkəzi Bank ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb.

Avro (2,0185 manat), Rusiya rublu (0,027 manat), türk lirəsi (0,3962 manat) isə ucuzlaşıb (Məzənnələr).

Dollar martın 7-dən 1,7 manata təklif olunur. 

Bu, manatın devalvasiyaya uğradığı 21 fevral 2015-ci ildən bəri ən uzun sürən rəsmi məzənnədir.

2015-ci il fevralın 20-də dollar banklara 0,7862 manata satılıb. Bir gün sonra Mərkəzi Bank kəskin kurs dəyişikliyinə qərar verib və rəsmi qiymət 1,05 manata yüksəlib. 2015-ci il dekabrın 21-də ikinci devalvasiya baş verib, rəsmi kurs 1,55 manata qalxıb.

2016-cı il 1,5610 manatla başlayıb, 1,7707 manatla sona çatıb.

2017-ci ilin fevralında ilk devalvasiyadan sonra ən yuxarı rəsmi qiymət qeydə alınıb: 1,92 manat. Dekabrın 13-dən 2018-ci il martın 7-dək isə 1,7001 manat məzənnəsi qüvvədə olub.///novator.az