Varlı ruslar öz hesablarını xaricə köçürür — Rusiyada panika

Varlı ruslar öz hesablarını xaricə köçürür — Rusiyada panika

16-03-2016 14:31 / Bu xəbər 1854 dəfə oxundu

Rusiya vətəndaşlarının öz valyuta hesablarını xarici banklara köçürməsi prosesi son iki gündə bir neçə dəfə artıb.

Ölkə.az xəbər verir ki, bu haqda Rusiya Bank Əmanətlərinin Sığortası Agentliyinin sədr müavini Andrey Melnikov bildirib.

Onun sözlərinə görə, Rusiyadan kapital axını getdikcə daha da sürətlənir. Bundan başqa Rusiya vətəndaşları kiçik banklarda olan rubl hesablarını da daha iri yerli banklara transfer etməyə başlayıblar.

Ekspertlərin fikrincə, bu ajiotaj valyuta və qiymətli kağızlar bazarına təsirsiz ötüşməyəcək. Onların fikrincə, Rusiyanın Suriyadan çıxması bu ajiotajın əsas səbəblərindən biri kimi göstərilə bilər, çünki əhali bundan sonra ölkədə vəziyyətin daha da acınacaqlı olacağını düşünərək orta səviyyəli bankların batacağı qorxusu ilə pullarını iri maliyyə qurumlarına etibar etməyə üstünlük verirlər.

Arqument.Az