“Vaxtilə tərif deyənlər, indi tənqidi fikirlər söyləyirlər” - Siyavuş Novruzov

“Vaxtilə tərif deyənlər, indi tənqidi fikirlər söyləyirlər” -  Siyavuş Novruzov

07-12-2016 16:03 / Bu xəbər 1300 dəfə oxundu

"Aztəminatlı ailələrin hesabından heç nə kəsilməməlidir, o cümlədən də şəhid ailələrinin, Qarabağ əlillərinin... Kiçik və orta sahibkarlığa "yaşıl işıq" yandırmalıyıq. 

Qanuna görə, müharibə əlilləri, veteranlar və qaçqınlar sonda ixtisar oluna bilər. Amma harada ixtisar başlanırsa, birinci növbədə onlardan başlanılır”.

Bu fikirləri isə deputat Siyavuş Novruzov deyib. 

YAP-çı deputat idmana ayrılan vəsaitlərlə bağlı tənqidi fikir söyləyən həmkarlarına irad tutdu: "Burada vaxtilə tərif deyənlər indi baxıram ki, tənqidi fikirlər söyləyirlər. Dünən həmkarlarımızdan biri 7 il əvvəl olan məsələni araşdırmağa başlayıb və idman tədbirlərindən danışıb. Hansı ki, Azərbaycan bayrağının idman tədbirlərində qaldırılması bizim dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir”. 

Deputat sahibkarlığa dəstək verməyə də çağırıb: "Kiçik sahibkarlıq ümumiyyətlə, vergidən azad edilməli, orta sahibkarlıq isə güzəştli şəkildə vergiyə cəlb olunmalıdır ki, onlar dövlətə gəlirlər gətirsin”.

musavat.com