Vəkillər Kollegiyası Yalçın İmanovun fəaliyyətini dayandırdı

Vəkillər Kollegiyası Yalçın İmanovun fəaliyyətini dayandırdı

20-11-2017 17:50 / Bu xəbər 782 dəfə oxundu

Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanovun fəaliyyətini dayandırıb.

"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, onun vəkillik fəaliyyəti qadağan olunub.

Qərara əsasən, Y.İmanovun Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin vaxta qədər isə o, heç bir işə çıxa bilməz.

Y.İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətinin rəhbərliyi edib.