Vətəndaş cəmiyyəti nümayəndələri ABŞ diplomatı ilə görüşdülər

Vətəndaş cəmiyyəti nümayəndələri ABŞ diplomatı ilə görüşdülər

01-05-2019 19:50 / Bu xəbər 1042 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov, ReAl Partiyasının icra kaitibi Natiq Cəfərli və hüquqşünas Səməd Rəhimli ABŞ Dövlət Katibinin köməkçisinin müavini George Kentinlə görüşüblər.

Bu barədə Arqument.Az-a Akif Qurbanov məlumat verib.

O bildirib ki, görüşdə vətəndaş cəmiyyətinin və məhkəmə-hüquq sisteminin problemləri əsas müzakirə mövzusu olub.

"Bu gün vətəndaş cəmiyyətindən olan həmkarlarla birlikdə ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin köməkçisinin müavini George Kentin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdük. Əsas müzakirə mövzusu hökumətimizin son günlərin trendi kimi təqdim etdiyi "Məhkəmə-hüquq islahatları" barədə oldu. Qonaqlar mövcud durum və baş verənlərdən nə kimi gözləntilərimizin olması haqqında rəylərimizi öyrəndilər", - bildirib.