Vəzifə cinayətlərində günahlandırılan keçmiş icra başçısına 30 manatlıq cərimə

Vəzifə cinayətlərində günahlandırılan keçmiş icra başçısına 30 manatlıq cərimə

20-09-2019 15:54 / Bu xəbər 288 dəfə oxundu

Gədəbəy Rayon Məhkəməsi qərarını elan etdi

Gədəbəy Rayon Məhkəməsində sabiq icra başçısı Ramiz Yediyarovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Hakim Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Yediyarovun ittiham üzrə təqsirli olması təsdiqlənib. 

Hakim vəzifə cinayətlərində ittiham olunan, Cinayət Məcəlləsinin 222-2.1 (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə müttəhimlər kürsüsünə çıxarılmış Ramiz Yediyarovun cəmi 30 manat cərimələnməsi haqda hökm çıxarıb.

İş üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınmışdı.

İş üzrə istintaqı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparmışdı.

53 yaşlı R.Yediyarov 1997-ci ildən 2012-ci ildə icra başçısı təyin edilənə qədər vergi orqanlarında işləyib. 2010-cu ildə Prezidentin Sərəncamı ilə o, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.///Meydan.tv