Vüsal Novruzovun yerinə Mehman Sadıqov gətirilir...

Vüsal Novruzovun yerinə Mehman Sadıqov gətirilir...

08-10-2017 21:01 / Bu xəbər 746 dəfə oxundu

Yaxın zamanlarda Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliklərinə start veriləcəyi gözlənilir. 

Bu barədə AzToday.az-a saytı məlumat yayıb. 

Saytın yazdığına görə yaxın günlədə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovu Tovuzun Gömrük İdarəsinin rəisi Mehmad Sadıqov əvəzləyə bilər. Buna səbəb son illər ərzində Bakı Baş Gömrük İdarəsi ilə bağlı sahibkarlardan Prezident Administrasiyasın çoxsaylı şikayətlərin ünvanlanmasıdır. 

Vüsal Novruzova gəlincə isə mənbə bildirir ki, general işdən çıxarılmayacaq, amma Astara Gömrük İdarəsinə təyinat alacaq. 

Məlumatda qeyd olunur ki, Mehman Sadıqov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir və onun etimadını doğrudub. Ona görə də onun Bakıya gətirilməsinə qərar verilib.

"Bir müddət əvvəl Dövlət Gömrük Komitəsində qəfil kadr yerdəyişmələri baş verib. O zaman dəyişdirilən idarə rəisləri arasında Biləsuvar, Xaçmaz, Yevlax, Tovuz gömrük idarələrinin rəhbərlərinin adı keçirdi. Lakin Vüsal Novruzovun Astaraya göndərilməsi isə onun "vurulması” kimi də qiymətləndirmək olar", - sayt yazır. 

Mövzu ilə bağlı Vüsal Novruzovdan açıqlama almaq mümkün olmayıb.