Vüsalə Mahirqızı: ''"APA Holding" MMC fəaliyyətini tamamilə dayandırıb"

Vüsalə Mahirqızı: ''

30-08-2018 14:06 / Bu xəbər 1879 dəfə oxundu

Avqustun 1-dən fəaliyyəti dayandırılan APA Holdinqin prezidenti Vüsalə Mahirqızı açıqlama yayıb.
 
O, feysbuk səhifəsində holdinqə daxil olan saytların fəaliyyətini tamamilə dayandırdığını söyləyib.
 
Vüsalə Mahirqızı səbəblər haqda əlavə heç nə yazmayıb.

Avqustun 1-də APA Holdinqə daxil olan informasiya resurslarına giriş mümkünsüzləşib. 

Saytda son məlumat həmin gün saat 19.00-da qoyulub. 

Bundan bir saat əvvəl holdinqin prezidenti Vüsalə Mahirqızı ölkə başçısı İlham Əliyevin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışının saytda texniki səbəblərdən səhv getməsi ilə bağlı üzr istəyib.

Ardınca isə saytlara giriş qeyri-mümkün olub. Hətta VPN proqramı ilə də sayt açılmayıb.