Xameneyi Trampı "təlxək" adlandırdı

Xameneyi Trampı

18-01-2020 15:14 / Bu xəbər 1378 dəfə oxundu

İranın 2012-ci ildən bəri Tehranda ilk dəfə ibadət mərasiminə başçılıq edən ali dini liderinin dediyinə görə, bu ayın əvvində ABŞ-ın İraqdakı hərbi qüvvələrinə raket hücumu super qüdrət olan Amerikanın imicinə zərbə idi.

AmerikanınSəsi xəbər verir ki, Ayətullah Əli Xomeneyi Amerika İslam Dövləti ilə mübarizdə effektiv nəticələr əldə edən general Qasım Süleymanini Bağdadda hava zərbəsi ilə öldürməsinə İranın ballistik raketlə cavab verdiyini deyib.

Lakin ABŞ-ın İraqdakı əsgərləri ciddi xəsarət almadı. İran İnqilab Keşikçiləri Qvardiyası Amerikaya hücuma hazırlaşdığını desə də, bunu etmədi. Bunun əvəzində o, səhvən Tehran beynəlxalq hava limanından havaya qalxan Ukrayna təyyarəsini vurdu və əsasən iranlılar olmaqla, 176 sərnişinin hamısını öldürdü.

1989-cu ildən bəri ölkənin ən yüksək vəzifəsini icra edən Ayətullah Əli Xameneyi ölkədəki əsas qərarlar barədə son sözü deyən şəxsdir. 80 yaşlı lider, general Qasım Süleymaninin dəfn mərasimində açıq şəkildə ağladı və ABŞ-a qarşı sərt qisas alacağına söz verdi.

Hakimiyyət faciə ilə bağlı rolunu üç gün gizlədərək, qəzanın texniki problem səbəbindən baş verdiyini dedi. Hökumətin məsuliyyəti öz üzərinə götürməsi isə təhlükəsizlik qüvvələrinin canlı sursat və gözyaşardıcı qazla dağıldığı nümayişlərə səbəb oldu.

Prezident Donald Trampın İranın dünya gücləri ilə 2015-ci ildə imzalanan nüvə razılaşmasından çıxmasından və beynəlxalq sanksiyaların qaldırılması qarşılığında İranın nüvə proqramına məhdudiyyətlər qoyması tələbindən sonra İranla Birləşmiş Ştatlar arasındakı gərginlik getdikcə artdı.

O vaxtdan bəri Ağ Ev İranın həyati əhəmiyyətli neft və qaz sənayesinə qarşı sanksiyalar tətbiq edərək, ölkəni etiraz dalğalarını alovlandıran iqtisadi böhrana sürüklədi. Trump hətta Tweeter səhifəsində farsca mesaj yazdı. Etirazçıları açıq şəkildə dəstəklədyən Tramp etirazların və sanksiyaların uzunmüddətlı rəqibi olan ölkəyə köklü dəyişiklik gətirəcəyinə ümid etdiyini bildirdi.

ABŞ-ın Bağdaddakı hava hücumunda Süleymanini öldürməsindən sonra İran artıq nüvə sazişindəki məhdudiyyətlərə məhəl qoymayacağını bildirdi. Sazişi qorumağa çalışan Avropa ölkələri bu həftənin əvvəlində İranı sazişə riayət etməyə vadar etmək üçün hüquqi mübahisə mexanizmini işə salıblar. Mexanizm eyni zamanda İrana qarşı əlavə sanksiyalar gətirib çıxara bilər.

Nüvə razılığına hər zaman şübhə ilə yanaşan Xameneyi ABŞ-a etibar oluna bilməyəcəyini iddia edirdi. Lakin o, prezident Həsən Ruhaniyə nisbətən mülayim olan prezident Barak Obama ilə saziş bağlamaq üçün icazə verdi. Tramp sazişdən geri çəkildikdən sonra o, ABŞ ilə heç bir danışıq ola bilməyəcəyini dedi.

Sonuncu dəfə 2012-ci ilin fevral ayında cümə namazında çıxış edən Xameneyi İsraili "xərçəng şişi" adlandırmış və bununla razı olan hər kəsə dəstək verəcəyini demişdi. O, həmçinin ABŞ-ı nüvə proqramı ilə əlaqədar İrana hansısa təzyiq göstərərsə, ona 10 dəfə artıq cavab verəcəyi barədə xəbərdarlıq edib.