Xanhüseyn Kazımlı: “Mətbuat konfransı keçirəcəyəm”

Xanhüseyn Kazımlı: “Mətbuat konfransı keçirəcəyəm”

29-10-2019 11:58 / Bu xəbər 1508 dəfə oxundu

"Mən zəng gözləyirəm. Çünki bilirəm nə sual verəcəksiniz”.

Bunu Cebhe.info-ya deputat Xanhüseyn Kazımlı sosial şəbəklərdə qalmaqala səbəb olan çıxışı ilə bağlı danışarkən deyib. 

O, çıxışı ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyini deyib. 

Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında qəribə çıxışı sosial şəbəkədə iki gündür müzakirə olunur: Çıxışı təqdim edirik: "Büdcənin, deməli, əksinə təsir göstərir… Ona görə də, ona görə də, əgər deməli, 15 il sonrakı 15 faizdən… 15 faizdən artıq olarsa, deməli, büdcənin kəsiri… dövlət büdcəsinin borc alması onda büdcə kəsiri… onda, deməli (yanındakına: mən siz danışanda qulaq asdım da, qulaq asın… mən səhv deyirəmsə, qulaq asın) həəə… deməli, əgər… əgər, dünyada gedən proses belədirsə, Azərbaycanı niyə qınamaq olur? Azərbaycanın hər yerdə… Azərbaycanın hər yerdə.. bütün insanlar… bütün insanlar Azərbaycana gəlməkdən ötrü cəhd göstərir. Ona görə də, bəlkə də… bəlkə də… öhö… 1930-cu ilin əgər 194 yerdən, yerdən… 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə… iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə, deməli bu, o deməkdir ki, ABŞ-ın 1930-cu ilin böhranı gözləyir. Ona görə də, Azərbaycanı qınamaq lazım deyil. Bəlkə də dünya üzrə gedən prosesdir, problemdir, ona görə də bunun dünyanın problemləri sırasına daxil eləmək lazımdır. Çox sağ olun. Diqqətinizə görə çox sağ olun”.