Xədicə İsmayıl Alternativ Nobel aldı

Xədicə İsmayıl Alternativ Nobel aldı

26-09-2017 17:41 / Bu xəbər 1536 dəfə oxundu

''Dürüstlüyə görə'' mükafatı dekabrda jurnalistə təqdim olunacaq

Jurnalist Xədicə İsmayıl Alternativ Nobel mükafatına layiq görülüb.  Mükafat "Right Livelihood Award” – "Dürüstlüyə görə” adlanır.

Bu barədə Meydan TV-yə danışan araşdırmaçı jurnalist bildirib ki, laureatlardan biri olması haqda onu bilgiləndirmişdilər. 

"Right Livelihood Award” Fondu 1980-ci ildə jurnalist Yakob fon Yukskullem tərəfindən təsis olunub. 

Mükafat ekologiyanın qorunması, insan haqları, sağlamlıq, təhsil sahələrində çalışanlara verilir. 

Təqdimat hər il dekabrın 9-da keçirilir. Beynəlxalq münsiflər heyəti 3 milyon İsveç kronundan ibarət olan mükafatı 4 qalib arasında bölür.

X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.

Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.