Xədicə İsmayıl Əfqan Muxtarlı işi ilə bağlı ifadə verəcək

Xədicə İsmayıl Əfqan Muxtarlı işi ilə bağlı ifadə verəcək

18-06-2017 23:39 / Bu xəbər 853 dəfə oxundu

'Əfqanın işini aparan müstəntiq məni də dindirmək istəyir''

İyunun 19-da araşdırmacı jurnalist Xədicə İsmayıl Əfqan Muxtarlı işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. 

Bu barədə o, "Facebook” səhifəsində yazıb. 

"Əfqanın işini aparan müstəntiq məni də dindirmək istəyir. Sabah saat 3-də ordayam”, - deyə Xədicə İsmayıl bildirib. 

Jurnalist Sevinc Vaqifqızı da iyunun 14-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. 

İdarədən çıxanda onun vəkili Şəhla Hümbətova jurnalistin Əfqan Muxtarlı barəsində açılan cinayət işi ilə bağlı dindirildiyini söyləmişdi.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. 

O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. 

Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Jurnalist Nicat Əmiraslanov isə Qazaxda fəaliyyət göstərirdi. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası alıb.