Xətai Prokurorluğu iki gəncin taleyi ilə necə oynayır?

Xətai Prokurorluğu iki gəncin taleyi ilə necə oynayır?

13-01-2020 14:53 / Bu xəbər 348 dəfə oxundu

Vətəndaş prokurorluq orqanlarından şikayətçidir

"2019-cu il sentyabrın 28-də Ramil və Kənan Ağayev qardaşları zeytun yığmaq üçün Zığ şossesinin yaxınlığında yerləşən zeytun bağlarına üz tutublar. Evlərinə yaxın ərazidə olduğu üçün üz tutduqları məkanda onlara bir nəfər yaxınlaşır və bu ərazilərdən zeytun yığmağın qadağan olduğunu deyib. Üstəlik, sahə üzrə nəzarətçi olduğuna dair sənədini də göstərir. Qardaşlara məsləhət görür ki, əgər zeytun yığmaq istəyirlərsə, bir qədər aşağıya düşüb oradan toplaya bilərlər. Ramil və Kənan həmin məsləhətə qulaq asaraq, zeytun bağlarının aşağı hissəsinə gedirlər. Elə yenicə zeytun yığmağa başlayarkən, bir qrup şəxs onlara hücum çəkir. Piriyev Filman Bəhruz oğlu, Piriyev Bağır Bağman oğlu və indiyə kimi ibtidai istintaq tərəfindən şəxsiyyəti qərəzli şəkildə müəyyən edilməmiş 3-cü şəxs həmin torpaq sahəsinin icarəçisi, mühafizəçisi , habelə mülkiyyətçisi olması adı ilə onlara qarşı zorakılıq edərək, küt alətlərlə müxtəlif dərəcəli çoxsaylı xəsarətlər yetirirlər. Özlərini müdafiə edən qardaşlar bunun nə səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışsalar da, təhqirlər və zərbələrlə qarşılaşmalı olurlar".

Bunu Ramil və Kənan Ağayevlərin atası jamaz.info-ya deyib. 

O bildirib ki, hadisə yerinə 1-ci gələn Filman Ramili 5-7 metr aralıya apararaq, ona ilkin olaraq yumruq və təpiklə və sonradan gəlmiş Bağır Priyev isə Kənana ayrı-ayrılıqda eyni zamanda müxtəlif dərəcəli çoxsaylı xəsarətlər yetiriblər: "Oğlum Kənanın deməsinə görə , Bağır Priyev ilkin olaraq, onun boğazından tutaraq xəsarət yetirib. Sonra isə hadisə yerinə gətirdiyi xüsusi hazırlanmış ağac dəyənəklə onun başına və bədəninin müxtəlif nahiyyələrinə zərbə vurub. Oğlum Kənan Bağır Priyevin əlindəki ağac dəyənəyi təsadüfən ələ keçirir, özünü müdafiə etmək məqsədi ilə həmin ağacı sağa-sola yellətməyə başlayıb. Bu zaman sonuncunun ağac dəyənək vasitəsi ilə baş nahiyyəsinin sağ küncündən bir xəsarət alması mümkündür. Buna baxmayaraq, Bağır Priyev Kənandan əl çəkməyib, onun belindən tutaraq, sıxmağa başlayıb və bu səbəbdən Kənan da əlindəki ağacı yerə atıb və süpürləşməyə başlayıblar”.

Akif Ağayev bildirib ki, övladlarının xahişi ilə onları zeytun yığmağa aparmış məhəllə dostları Orxan Niftəliyev və Bağır Piriyev birlikdə hadisə yerinə gəlib, sonradan adını öyrəndiyimiz Fərhad adlı şəxs ilə onları aralaşdırıb: "Bir neçə dəqiqədən sonra , hadisə yerinə 4-cü gəlmiş şəxs Filmanla birlikdə 15-20 metr aralıda Ramilə və Bağır Priyev isə Kənana yenidən küt alətlə xəsarətlər yerirlər. Yenə Orxan və Fərhad onları aralayır”.

Vəkil qeyd edib ki, Ramil Ağayev baş verənlərlə bağlı ona zəng edib, o isə DİN-nin "102” qaynar xəttinə zəng vurub. "Bir neçə dəqiqədən sonra, Filmanın çağırışı ilə hadisə yerinə 5-ci adam əlində dəmir boru "Ford” markalı avtomaşında gələrək, dəstək vermək istəsə də, polisin əraziyə gəlişi səbəbindən istəyi baş tutmayıb”.

Bağır Piriyev nədən vəfat edib?

Onun sözlərinə görə, hadisə iştirakçılarının hamısı Xətai RPİ-nin 35 saylı Polis Bölməsinə aparılıb: "Bölmədə Bağır Priyevə ilkin tibbi yardım göstərilib və biz bölmənin foyesində təsadüfən rastlaşarkən bir-birimizə baş vermiş hadisə ilə bağlı iradlarımızı bildirdik. Bir müddətdən sonra, Bağır Priyev heç kimin köməyi olmadan təcili yardım maşınına mindi və təxminən 2 saat sonra 3 saylı Şəhər Klinik Xəstəxanada müayinə zamanı öldü. Xəstəxananın verdiyi ilkin diaqnoza görə, Bağır Piriyev ağ-ciyər arteriyasının tromboemboliyası fonunda artan ürək-damar çatışmamazlığından ölüb”.

"Onlar özlərini bölmədə elə aparırdılar ki...”

 Akif Ağayev bildirir ki, bölmənin növbərtçi hissəsində polis işçisinə özünü vəkil kimi təqdim etsə də, Rramil və Kənan Ağayevlərlə görüşmək istədiyini bildirsə də, xahişi nəzərə alınmayıb. "Bölmənin foyesində Bağır Piriyevlə olan mübahisədən sonra növbətçi hissənin polis işçisi məndən bölmənin inzibati binasını tərk etməyi tələb etdi. Məndən fərqli olaraq, bəzi polis işçiləri tərəfindən Bağır Piriyevə qarşı "isti” münasibətin olmasının şahidi oldum. Bölmənin föyesində olan polis işçilərdən Bağır Piriyevə görə Təcili tibbi yardım maşının çağrıldığını və oğlanlarıma görə isə təcili tibbi yardım maşının çağırılmamasının səbəbini soruşdum, onlar bunu mən etməliyəm deyə bildirdilər”.

Vəkil bildirir ki, bundan başqa, bölmənin foyesində mülki geyimdə 4-5 nəfər təxminən 20-30 yaşlarında şəxslərin sərbəst hərəkət etmələri, polis işçilərinin onları tanımaları, adları ilə onları çağırılmaqlarını müşahidə edib: "Sonradan həmin adamların hazırki zorakılığın iştirakçıları olduğunu müəyyən etdim. Vəkil olduğumu bilən bir neçə polis işçisi mənə məlumat verdilər ki , həmin adamlar "Abşeron Zeytun” MMC-nin sədri Piriyev Bəhruz Bağman oğlunun oğlanları, işçiləri və yaxın tanışlarıdır. Onlar polisə "iş verənlərdir”. Yəni zeytun yığmağa gələn şəxslərə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xəsarətlər yetirir, həmin şəxslərdən cəmiyyətin istifadəsində olan əraziyə qanunsuz daxil olmaqları barədə bölməyə şikayət ərizələri ilə müraciət edir və "yüksək səviyyəli xahiş , minnətdən sonra” zorakılıq göstərdikləri adamlarla güya barışır və ərizələrini geri götürürlər”.

Videogörüntülər hara yoxa çıxıb?

Vəkil vurğulayır ki, DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 003-126721219 saylı 16.10.2019-cu il tarixli məktubuna əsasən, polis bölməsinin foyesində baş vermiş halları əks etdirən video görüntünün təqdim edilməsi üçün DİN-nin rəhbərliyinə müraciət etmək məsləhət görülür: "İcraatımda olan başqa cinayət hadisələri ilə bağlı, lakin eyni məzmunlu sorğu ilə AR DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinə müraciət etmişəm, 14.10.2019-cu il tarixli 003-12583-1219 saylı məkubu ilə 1 (bir) aylıq müddətin bitməsini bəhanə edərək, həmin xidmət video görüntüləri təqdim etməkdən əsassız imtina edilib. Halbuki, məlum yol-nəqliyyat hadisəsi 2 nəfərin ölməsi və bir nəfərin ağır xəsarət alması ilə nəticələnib, bu halda məlum cinayət hadisəsi ilə bağlı video görüntülərin saxlanması mütləqdir”.

"Amma qanunsuzluqlar bununla bitməyib. Xətai Prokurorluğu isə elə hərəkətlərə yol verib ki, bunu hüquq adına utanc saymaq daha doğru olar", - o bildirib.

Qeyd edək ki, Xətai rayon Prokurorluğu Piriyev Bağır Bağman oğlunun ölməsi faktı ilə bağlı 28.09.2019-cu il tarixdə 190116164 saylı cinayət işi başladıb. Ağayev Ramil Akif oğluna AR CM-nin 120.2.1 , 120.2.2 və 221.2.1-ci və Ağayev Kənan Akif oğluna isə həmin Məcəllənin 120.2.1 , 120.2.2 və 221.2.3-cü maddələri ilə ittiham elan edilib. Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin müvafiq qərarları ilə hər ikisi barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.