Xətaidə ağaclar kütləvi kəsilir, hündürmərtəbəli bina tikilir - FOTO

Xətaidə ağaclar kütləvi kəsilir, hündürmərtəbəli bina tikilir - FOTO

04-01-2019 16:14 / Bu xəbər 1157 dəfə oxundu

Bakı şəhərinin Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23-24 ünvanında ağaclar kütləvi şəkildə kəsilib.

Ərazidə yaşayan sakinlər Toplum.tv-yə deyiblər ki, ağacların kəsilməsi ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə şikayət ediblər. 

Əhmədli metrostansiyasının yaxınlığında yerləşən ərazidə hündürmərtəbəli yaşayış binaları tikilir.

Sakinlərin sözlərinə görə,  şikayət etmək istəyənlər polis əməkdaşları tərəfindən hədələnir. Həmçinin ağacların kəsilməsi ərazidə avtomobil sıxlığının yaranmasına səbəb olub. 

Sakinlər yeganə istirahət məkanlarının məhv edilməsindən narahatdır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələyə münasibət bildirilməyib. 

Türkan Bəşir