Xətainin icra başçısı vəzifəsindən azad edildi

Xətainin icra başçısı vəzifəsindən azad edildi

13-12-2018 20:35 / Bu xəbər 1673 dəfə oxundu

Prezident İlham Əliyev Razim Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xəbəri AZƏRTAC yayıb.

Qeyd edilir ki, Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.