XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub

XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub

05-10-2018 12:54 / Bu xəbər 1497 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

Bu il sentyabrın ortalarına qədər XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev tuturdu.