XİN "Qarabağ"ın oyununda baş vermiş hadisəni erməni təxribatı adlandırıb

XİN

04-10-2019 12:21 / Bu xəbər 952 dəfə oxundu

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır.

Bu barədə Azərbaycan XİN-in sözçüsü  Leyla Abdullayevə öz Tvitter hesabında yazıb. 

O yazıb ki, "Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb"

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - "Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. Oyunun 30-cu dəqiqəsində, ikinci qol vurulduqdan sonra meydana dron vasitəsilə Azərbaycanın işğal olunan ərazilərində yaradılan "Dağlıq Qarabağ Respublikası”nın bayrağı endirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb və oyun 25 dəqiqə sonra bərpa edilib. Oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.